Həmin uşaqların anası polisə çağırıldı

Həmin uşaqların anası polisə çağırıldı

Azyaşlı uşaqların zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat araşdırılır.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfillinin sözlərinə görə, faktla bağlı hazırda ərazi polis orqanında araşdırma aparılır.

Bildirilib ki, azyaşlılar polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Uşaqların anası polis şöbəsinə dəvət olunaraq izahatı alınıb.

Həmçinin azyaşlıların bədən xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.