Moskvada DƏHŞƏT: 81 yaşlı atasını öldürdü, daha sonra... - FOTO

Moskvada DƏHŞƏT: 81 yaşlı atasını öldürdü, daha sonra... - FOTO

Moskvada 34 yaşlı kişi 81 yaşlı atasını qətlə yetirib. O, cəsədi yandırmaq üçün Vladimir vilayətinə aparıb.

NOCOMMENT.az xəbər verir ki, istintaqın versiyasına görə, 81 yaşlı ahıl şəxs paytaxtın Palexskaya küçəsində yaşayan oğlunun evinə gedib və bir daha oradan sağ çıxmayıb. Cinayəti törədən oğul atası ilə aralarında baş verən hadisədən sonra mənzildən böyük çantalar çıxararkən şübhə doğurub.

Daha sonra oğul Vladimir vilayətinə yollanaraq, atasının cəsədini meşəlik ərazidə yandırıb. Cinayətin üstü ölən şəxsin həyat yoldaşı Tatyana tərəfindən polisə məlumat verildikdən sonra açılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan oğula qarşı "Qətl" maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq tədbirləri davam edir, şübhəli şəxs yaxın vaxtlarda Moskvaya gətiriləcək.

Sara,

NOCOMMENT.az