Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa komandanın DÇ-2026-dakı çıxışına görə üzləşdiyi tənqidlərə layiq olduğunu bildirib.
Uruqvay qrup mərhələsinin üçüncü turunda İspaniyaya 0:1 hesabı ilə uduzaraq pley-offa vəsiqə qazana bilməyib.
"TyC Sports" Byelsanın dediklərini belə təqdim edib:
"Uruqvay millisinin oyunçularının bütün potensialını ortaya çıxara bilmədim. Mən Uruqvay futboluna heç nə vermədim. Üç illik məşqçilikdən sonra bir məşqçinin ölkə futboluna verə biləcəyi hər hansı bir töhfə, uğur yoxdursa, bu, heç vaxt olmayacaq.
Əslində isə real təhlil aparsaq, yeddi xalı qazanmalı idik. Nəticə qazanılmayıbsa, bütün iradları qəbul edirəm"./Fanat.Az /











