Antalyada Mustafa Yavuz Yalçınkaya (84) 1959-cu ildə daxil olduğu və 2018-ci ildə qayıtdığı Ankara Universitetinin Hüquq fakültəsini keçən il bitirdikdən sonra hüquq stajını tamamlayıb.
NOCOMMENT xəbər verir ki, Antalya Vəkillər Kollegiyasında qeydiyyatdan keçmiş ən yaşlı vəkil kimi lisenziya alan Yalçınkaya da xalatını geyinib.
Antalya Vəkillər Kollegiyasında hüquq fakültəsini bitirən və 1 illik təcrübə müddətini başa vuran 8 vəkil üçün xələt və and mərasimi keçirilib. Mərasimdə yeni vəkillər Fatma Beyza Işık, Hande Altuğ, İbrahim Çağlar Çınar, İnci Dəmircioğlu, Rüveyda Dəmirci, Simay Tellioğlu, Mustafa Yavuz Yalçınkaya və Figen Yağmur Aslan vəkillik lisenziyası alıblar.












