Məktəblərdə noyabrın bu günləri payız tətili olacaq

Məktəblərdə noyabrın bu günləri payız tətili olacaq

Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır. 

NOCOMMENT.az Elm və Təhsil Nazirliyinə istinadla bildirir ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən, məktəblərdə payız tətilinin günləri 16-20 noyabr – 5 gün olmaqla əhatə edir”, – deyə nazirlik qeyd edib.