Rusiyanın ən təmiz su hövzələrindən biri hesab olunan Çelyabinsk vilayətindəki Turqoyak gölündə kütləvi yoluxma halları qeydə alınıb. İyun ayından etibarən "çimərlik qarıntısı" (sərkarioz) xəstəliyinə tutulanların sayı sürətlə artır.
NOCOMMENT.az xəbər verir ki, "SHOT" kanalının məlumatına görə, artıq 20-dən çox insan Rusiya su hövzələrində çimdikdən sonra sərkarioz infeksiyasına yoluxduğunu bildirib. Ən çox şikayət məhz Turqoyak gölündən gəlir – burada yalnız sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən 12 yoluxma faktı qeydə alınıb. Vilayət Rospotrebnadzoru göldəki suyun keyfiyyətinin sanitariya normalarına cavab vermədiyini etiraf etsə də, istirahətə gələnlər hələ də çimməyə davam edirlər.
Turqoyakda ilk yoluxanlardan biri Ural sakin olub – çimdikdən dərhal sonra bədənini səpgilər örtən qadın yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib. Bu yaxınlarda azyaşlı uşaqları olan bir ailə də eyni vəziyyətlə üzləşib. Ana xəbərdarlıqları gördüyünü, lakin əhəmiyyət vermədiyini etiraf edib. Əvvəlcə özündə, daha sonra kiçik oğlunda, ardınca isə həyat yoldaşı və qızında qaşınma başlayıb. Səhərə yaxın isə qızının bədənini daha güclü səpgilər bürüyüb.
Sərkarioz simptomları yayın əvvəlindən qeydə alınmağa başlayıb. Problemin təkcə Çelyabinsk vilayəti ilə məhdudlaşmadığı bildirilir – "çimərlik qarıntısı" artıq Moskva, Tula, Tambov, Nijeqorod və Sverdlovsk vilayətlərində, eləcə də Başqırdıstan və Krasnodar diyarında qeydə alınıb. Məsələn, Moskva vilayətində 146 istirahət zonasından yalnız 60-na çimmək üçün icza verilib.




Sara,
NOCOMMENT.az











