Nazirlik “Norm” sment zavodundan maddi ziyanın ödənilməsini tələb edir

Nazirlik “Norm” sment zavodundan maddi ziyanın ödənilməsini tələb edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Norm” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki,nazirlik yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Qaradağ Rayon Məhkəməsinə müraciət edib.

Agentlik məhkəmədə “Norm” ASC barəsində “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsi” iddiasını qaldırıb.

İş hakim Günay Həşimovanın icraatındadır.

Ehtimal edilir ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “Norm” ASC-də yoxlama həyata keçirilib. Yoxlama zamanı ekoloji pozuntular aşkarlanıb.

Qeyd edək ki, “Norm” sement zavodu gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement istehsal edir.