Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mətbəə məhsullarının satın alınması üzrə elan edilmiş tenderin qalibi “Çap Poliqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında 58.759,8 AZN məbləğində müqavilənin bağlanması gözlənilir.
Bildirək ki, qalib şirkətin qanuni təmsilçisi Xalid Həsənov Xalıq oğludur. “Çap Poliqrafiya” MMC-nin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə hazırda Qoşqar Təhməzli rəhbərlik edir.










