Lukaşenko Zelenskidən ÜZR İSTƏDİ: "Haradasa həddimi aşmışışam..." - SENSASİYA

Lukaşenko Zelenskidən ÜZR İSTƏDİ: "Haradasa həddimi aşmışışam..." - SENSASİYA

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenskiyə qarşı əvvəlki sərt bəyanatları ilə bağlı diqqətçəkən və gözlənilməz açıqlama verib. O, ukraynalı həmkarından rəsmən üzr istədiyini bəyan edib.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Belarus dövlət başçısı əvvəlki kəskin ritorikasının Kiyevdən gələn təhdidlərə reaksiya olduğunu vurğulayıb:

"Bəlkə də mən haradasa həddi aşmışam, lakin bu, onun yerli-yersiz bəyanatlarına bir cavab idi: 'Bizim 500 hədəfimiz var, Lukaşenkonun harada olduğunu bilirik. Sabah raketlərlə, pilotsuz uçuş aparatları ilə vuracağıq'. Mən susurdum. Hətta hamı təəccüblənirdi ki, mən niyə susuram. Anlayırdım ki, bu insan böyük təzyiq altındadır, gəncdir, təcrübəsizdir, hərbçi deyil. Bəlkə də beynində nəsə düzgün işləməyib. Mən susurdum. Amma mənə hədə-qorxu gəlməyə başlayanda, cavab vermək məcburiyyətində qaldım".

Buna baxmayaraq, Lukaşenko Ukraynada davam edən müharibə amilini nəzərə alaraq güzəştə getdiyini və Zelenskinin incikliyini anlayışla qarşıladığını bildirib:

"Əgər Volodimir Aleksandroviç inciyibsə, bu sözlərə görə ondan üzr istəyirəm. Onun hər halda müharibə apardığını nəzərə alsaq, bəlkə də o sözləri demək lazım deyildi. Üstəlik, o, Belarus tərəfindən, xüsusən də mənim tərəfimdən hər hansı hərbi əməliyyat gözləməyə dəyməyəcəyini çox gözəl anlayır".

Siyasi şərhçilər Lukaşenkonun bu addımını regionda gərginliyi azaltmaq və Kiyevlə pərdəarxası diplomatik kanalları qorumaq məqsədi daşıyan strateji bir gediş kimi qiymətləndirirlər.

Sara,

NOCOMMENT.az