Bakının ticarət obyektlərindən birində həm satıcıları, həm də müştəriləri şoka salan gözlənilməz və bədbəxt hadisə baş verib. Mağazada tavanın qəfil çökməsi nəticəsində yuxarı mərtəbədəki şəxs aşağı yıxılıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə paytaxtın sıxlıq olan ərazilərində yerləşən mağazaların birində qeydə alınıb.
Şahidlərin verdiyi məlumata görə, ticarət obyektində normal iş prosesi davam etdiyi vaxtda qəfildən güclü səs eşidilib və tavan konstruksiyası böyük sürətlə aşağı çöküb. Hadisənin ən dəhşətli məqamı isə o olub ki, tavanın qırılması nəticəsində binanın yuxarı mərtəbəsində (antresol və ya ikinci yarım-mərtəbə) olan bir nəfər birbaşa aşağıda dayanan insanların üzərinə və yerə düşüb.
Sara,









