Qubada mikroavtobusla minik avtomobili toqquşub.
NOCOMMENT.az apa-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib.
“VAZ 2106” markalı minik avtomobili ilə Quba – Zərdabi marşrutu üzrə işləyən “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.Quba-Xaçmaz yolunda baş verən qəzada xəsarət alanların kimliyi bilinib.Xəsarət alan yeddi nəfər Quba sakinləridir.
Xəsarət alanların adları aşağıdakı kimidir:
Fəqan Zalov (14 yaş);
Elxan Zalov (32 yaş);
Tərlan Zalov (29 yaş);
Roman Bağırov (26 yaş);
Fidan Əhmədli (17 yaş);
Vüsalə Həsənova (40 yaş);
Aişə Kərimova (20 yaş).
Yaralılların müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasında aparılır.












