Şəhid övladlarının Bursa səfərindən qayıdışı zamanı AZAL təyyarəsində duyğulu anlar yaşanıb.
NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində qış düşərgəsində iştirak edən şəhid övladlarının Vətənə dönüşü zamanı AZAL təyyarəsində emosional görüntülər qeydə alınıb.
Qeyd edək ki, 10 nəfər şəhid övladı 25–30 noyabr 2025-ci il tarixlərində “Gökmen Kosmik Aviasiya Təlim Mərkəzi”nin (GUHEM) təşkil etdiyi qış düşərgəsində iştirak ediblər. Səfər Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) maliyyə dəstəyi ilə gerçəkləşib.











