Sumqayıt əhalisinin diqqətinə: saat 11-dən…

Sumqayıt əhalisinin diqqətinə: saat 11-dən…

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən NOCOMMENT.az -a bildirilib ki, şəhərin Yaşıl Dərə yaşayış massivində, 39 nömrəli marşrut xəttinin yaxınlığında yerləşən 57 millimetrlik qaz xəttində sızma aşkar edilib.

Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən, ərazidəki 1000 abonentin qaz təchizatı dayandırılacaq.