TƏBİB xəstəxanalarda təmir işlərinə başlayır - 7 milyon manat...

TƏBİB xəstəxanalarda təmir işlərinə başlayır - 7 milyon manat...

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki 83 tibb müəssisəsində əsaslı təmir işləri aparılacaq.

Bu barədə NOCOMMENT.az-a qurumdan məlumat əldə edib.

Belə ki, TƏBİB-in İnnovasiya və Təchizat Mərkəzi bununla əlaqədar müvafiq hazırlıqlara başlayıb.

Məlumata əsasən, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən 83 tibb müəssisəsinin rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.

Sözügedən işlərin icrasına 6 milyon 970 min manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.