Çexiya prezidenti İsrailin Qəzzadakı hərəkətlərini dəstəkləyibbackend

Çexiya prezidenti İsrailin Qəzzadakı hərəkətlərini dəstəkləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Praqa İsrailin özünümüdafiə hüququnu və HƏMAS-ın terror təhlükəsinə qarşı mübarizəsini tam dəstəkləyir.

NOCOMMENT.az CTK portalına istinadən xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel, ölkəyə səfəri zamanı İsrail prezidenti İsaak Hersoqla görüşdən əvvəl bildirib.

“Çexiya İsrailin terrorizmlə mübarizə və vətəndaşlarını qorumaq hüququnu tam dəstəkləyir”, – deyə Pavel bildirib.

Eyni zamanda o, Qəzza zolağında dinc əhalinin itkiləri ilə bağlı narahatlığını ifadə edib. Pavel İsrail dövlətinin 7 oktyabr işğalı zamanı radikal HƏMAS qruplaşması tərəfindən tutulan girovları azad etmək səylərini dəstəkləyib.

O, həmçinin vurğulayıb ki, Çexiya yəhudi dövlətinə dost və strateji tərəfdaş kimi baxır.