Danimarka Aİ və Türkiyəni daha sıx əməkdaşlığa çağırırbackend

Danimarka Aİ və Türkiyəni daha sıx əməkdaşlığa çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki dağıdıcı zəlzələdən sonra bir çox ölkədən dəstək mesajları gəlməyə davam edir.

NOCOMMENT.az xəbər verir ki, Danimarka zəlzələdən sonra Türkiyə ilə həmrəy olduqlarını və yaxın əməkdaşlıq qurmaq istədiklərini bildirib.

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen episentri Kahramanmaraş olan 11 vilayətdə baş verən zəlzələlərdən sonra Avropa İttifaqı (Aİ) ilə Türkiyəni daha sıx əməkdaşlığa çağırıb.

Bir çox Avropa ölkəsi və Danimarkanın da Türkiyəyə humanitar yardım etmək qərarına gəldiyinə diqqət çəkən Rasmussen, “Artiq dostluğumuzun tələblərini yerinə yetirməyin vaxtıdır” deyə açıqlama verib.

NOCOMMENT.AZ