Deputat da qida şəbəkəsini boykot etdibackend

Deputat da qida şəbəkəsini boykot etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun illərdir Azərbaycanda fəaliyyət göstərən McDonald’s (MakDonalds) şəbəkəsi milyonlarla pul qazanmaqdadır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

MakDonaldsın Azərbaycandakı filialının İnstaqram səhifəsində Qarabağ müharibəsi mövzusunda paylaşmaların silinməsi haqlı olaraq sosial seqmentdə etirazla qarşılanıb və boykot kampaniyasına start verilib.

Dəyərli soydaşlarımın bu təşəbbüsünə qoşulur və bütün dostlarımı​ həmin təşəbbüsü​ müdafiə etməyə səsləyirəm”, – deputat bildirib.

Qeyd edək ki, MakDonaldsın Azərbaycandakı filialının İnstaqram səhifəsində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən paylaşım edilib. Sonradan ermənilər MakDonaldsın mərkəzi ofisinə bu barədə şikayət ediblər. Nəticədə şirkət Azərbaycan filialına həmin paylaşımı silməsi haqda göstəriş verib və göstəriş icra edilib.