Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Gürcüstan digər ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir.

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapurda jurnalistlərə açıqlamasında bildirib.

O diqqətə çatdırıb ki, Asiya də daxil olmaqla, bu istiqamətdə çox fəal iş aparılır:

"Bir çox vacib səfərlərimiz və görüşlərimiz olub. Mərkəzi Asiya ölkələri ilə yanaşı, qonşularımız olan Azərbaycan, Ermənistan və Türkiyə ilə də sıx əlaqələrimiz var və bunu daha dərindən inkişaf etdirmək istəyirik".

Baş nazirin sözlərinə görə, Gürcüstan strateji coğrafi mövqeyə malikdir və bu məkandan istifadə hər cəhətdən çox vacibdir.

"Həmçinin bir çox ölkə ilə azad ticarətlə bağlı müqavilələrimiz var, bu, həmin dövlətləri Gürcüstanla iqtisadi əlaqələrin inkişafına cəlb etmək üçün çox yaxşı zəmin yaradır", - deyə o vurğulayıb.