Boşanma xəbərindən sonra ilk dəfə görüntüləndi - VİDEO

Boşanma xəbərindən sonra ilk dəfə görüntüləndi - VİDEO

Xalq artisti Emin Ağalarovun anası İrina Ağalarova uzun fasilədən sonra Bakıda görüntülənib.

NOCOMMENT.az xəbər verir ki, onun yer aldığı görüntüləri müğənni Roza Zərgərli sosial şəbəkə hesabında paylaşıb.

Kadrlarda İrina Ağalarova oğlu Emin Ağalarov, onun həyat yoldaşı Alyona Qavrilova və qızı Şeyla Ağalarova ilə birlikdə əks olunub.

Qeyd edək ki, iş adamı Araz Ağalarov 40 ildən artıq davam edən evliliyindən sonra İrina Ağalarova ilə ayrılıb. Daha sonra onun özündən xeyli gənc olan Alyona İvanova ilə rəsmi nikaha daxil olub.

Cütlüyün bu evlilikdən iki övladı var. Musavat.com