Avropa İttifaqının keçmiş diplomatik xidmət rəhbərləri ilə bağlı korrupsiya işi üzrə saxlanılan bütün şəxslər sərbəst buraxılıb.
NOCOMMENT.az bildirir ki, İtaliyanın “La Repubblica” qəzetinin yazdığına görə, Aİ diplomatik xidmətinin sabiq baş katibi Stefano Sannino və bu iş üzrə üçüncü saxlanılan şəxs Çezare Dzeqretti Federika Mogerini ilə birlikdə dərhal sonra azad olunublar.
Qeyd edək ki, Belçika cinayət polisi tərəfindən aparılan dindirmələrdən sonra hər üç şəxsə ittiham irəli sürülüb. Onlar satınalmalarda fırıldaqçılıq və korrupsiya, maraqlar toqquşması və peşə sirrinin yayılması ilə bağlı ittiham olunurlar.
Prokurorluq qeyd edir ki, onların azadlığa buraxılmasına səbəb istintaqdan yayınma riskinin olmamasıdır.












