Bəhreyn müdafiəyə keçdi – Müharibənin miqyası böyüyür – VİDEO

Bəhreyn müdafiəyə keçdi – Müharibənin miqyası böyüyür – VİDEO

Bəhreyn İran tərəfindən atıldığı bildirilən raketlərə qarşı ələkeçirici raket sistemlərini işə salıb.

NOCOMMENT.az xəbər verir ki, ilkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri potensial təhlükəni zərərsizləşdirmək məqsədilə bir neçə raket buraxıb. Hadisənin detalları və mümkün dağıntılar barədə rəsmi açıqlama hələ təqdim olunmayıb.

Qeyd edək ki, Qətər Xarici İşlər Nazirliyi İranın hücumundan sonra rəsmi Dohanın cavab vermək hüququnu özündə saxladığını bəyan edib.

Nazirliyin açıqlamasında ölkənin suverenliyi və təhlükəsizliyinə yönələn hər hansı addıma uyğun tədbirlərin görüləcəyi vurğulanıb.

Sara
NOCOMMENT.az