Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

Meksikanın cənub-qərb hissəsində yerləşən Oaxaka şəhəri yaxınlığında 5.8 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına əsasən, zəlzələnin episentri 255 min nəfər əhalisi olan Oaxaka şəhərindən 136 kilometr cənub-qərb istiqamətində yerləşib.

Təbiət hadisəsinin ocağı 35 kilometr dərinlikdə formalaşıb. Hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb./Oxu.Az/

Bizim Telegram səhifəsinə abunə olun