Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) yaxın 24 saat ərzində ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlayacağını gözləyir. Bu barədə CNN telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Bölgədə gərginliyin pik həddə çatdığı bir vaxtda yayılan bu proqnoz, Hörmüz boğazı və ətraf ərazilərdə hərbi hazırlıqların artırılması fonunda xüsusi əhəmiyyət kəsb edir.
NOCOMMENT.az xəbər verir ki, BƏƏ rəsmiləri müttəfiqlərin mümkün koordinasiyalı hücumu ilə bağlı xəbərdarlıq ediblər. Qeyd edək ki, bundan əvvəl İsrail ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib, ABŞ Prezidenti Donald Tramp isə İranın hər hansı hücumuna qarşı ən kəskin cavabın veriləcəyini bəyan edib. Hazırda region ölkələri və beynəlxalq birlik hadisələrin inkişafını böyük narahatlıqla izləyir.
Sara,











