İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) mətbuat xidməti ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi barədə rəsmi məlumat yayıb. Regionda artan gərginlik fonunda qəbul edilən bu qərar potensial təhdidlərin qarşısının alınması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi daşıyır.
NOCOMMENT.az xəbər verir ki, hərbi rəhbərlik bütün bölmələrin hər an əməliyyatlara başlamağa hazır olduğunu bildirib. Hazırda sərhəd bölgələrində və strateji əhəmiyyətli nöqtələrdə nəzarət maksimum səviyyəyə qaldırılıb. Vəziyyətin gərginləşməsi ilə əlaqədar komandanlıq mütəmadi olaraq operativ məlumatları təhlil edir.
Sara,











