Çin, xüsusilə İlon Maskın "Starlink" peyk şəbəkəsi ilə mübarizə üçün nəzərdə tutulmuş yeni mikrodalğalı silah təqdim edib. Tərtibatçıların bəyanatına görə, "TPG1000Cs" adlanan bu sistem aşağı orbitdə yerləşən peyklərin elektronikasını sıradan çıxarmaq gücünə malikdir.
NOCOMMENT.az xəbər verir ki, kompleks raketlərdən fərqli olaraq, hədəfi fiziki şəkildə məhv etməyən, əvəzində ultra-güclü mikrodalğalı impulslardan istifadə edən texnologiyaya əsaslanır. Bu impulslar peyklərin elektron sxemlərini "yandıraraq" onların fəaliyyətini pozur. Belə bir yanaşmanın əsas üstünlüyü odur ki, peyk fiziki olaraq parçalanmadığı üçün kosmosda təhlükəli tullantı yaranmır.
Pekində bu hazırlığı "Starlink"in müasir hərbi münaqişələrdə artan roluna qarşı cavab tədbiri kimi qiymətləndirirlər. 4 metr uzunluğunda və 5 ton ağırlığında olan bu yığcam sistem hərbi yük maşınlarına, gəmilərə və ya təyyarələrə inteqrasiya oluna bilir.
Tunar,
NOCOMMENT.az











