İran bu ölkəyə hücum etdi

İran bu ölkəyə hücum etdi

İordaniya Silahlı Qüvvələri ölkə ərazisinə İran tərəfindən buraxılan üç raketin düşdüyünü təsdiqləyib. Hadisə bazar günü səhər saatlarında ölkənin bir neçə nöqtəsində qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, rəsmi açıqlamaya görə, raketlərin düşməsi nəticəsində insan tələfatı olmayıb, yalnız cüzi maddi ziyan dəyib. İordaniya hərbi rəsmiləri vurğulayıblar ki, ölkə hava məkanının və ərazisinin münaqişə zonasına çevrilməsinə icazə verilməyəcək və suverenliyə qarşı yönələn hər hansı təhdidə qarşı qətiyyətli tədbirlər görüləcək. Qeyd edək ki, bu hücumlar regionda gərginliyin artdığı bir vaxtda, İranın ABŞ-ın hərbi obyektlərinə qarşı endirdiyi zərbələr fonunda baş verib.

Tunar,

NOCOMMENT.az