İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin İrana qarşı zərurət yaranarsa, müstəqil şəkildə hərbi əməliyyat keçirməyə hazır olduğunu bəyan edib. Nazirin sözlərinə görə, İsrail ordusu (SAXAL) həm müdafiə, həm də hücum xarakterli istənilən ssenariyə hazır vəziyyətə gətirilib.
NOCOMMENT.az xəbər verir ki, baş nazir Benyamin Netanyahu da öz növbəsində İrana qarşı hərbi kampaniyanın hələ başa çatmadığını vurğulayaraq, İsrailin düşmənlərindən daha güclü olduğunu qeyd edib. Hərbi rəsmilər bildiriblər ki, İsrail Hərbi Hava Qüvvələri təhdidləri aradan qaldırmaq üçün lazım gələrsə, İrana üçüncü dəfə və əvvəlkindən daha böyük qüvvə ilə zərbə endirməyə hazırdır. Bu hazırlıqlar regionda artan gərginlik və ABŞ-İran qarşıdurması fonunda xüsusi əhəmiyyət kəsb edir.
Tunar,
NOCOMMENT.az











