İranın Əlborz vilayətinin Kurdan bölgəsində yerləşən “Bərəkat” sənaye kompleksi yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandiri Əli Kuh-Xeyl öldürülüb. Hadisənin başvermə şəraiti və sui-qəsdin arxasında duran qüvvələr barədə hələlik rəsmi məlumat verilməsə də, bu hədəfli hücum regionda böyük əks-səda doğurub.
NOCOMMENT.az xəbər verir ki, qətlə yetirilən zabit SEPAH-ın xüsusi strateji əhəmiyyət kəsb edən məxfi obyektinin təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyırdı.
Bir sıra mötəbər kəşfiyyat mənbələri həmin obyektin birbaşa İranın nüvə proqramı ilə bağlı olduğunu və orada strateji tədqiqatların aparıldığını iddia edir. Hadisədən dərhal sonra “Bərəkat” kompleksi və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb, giriş-çıxışlara ciddi nəzarət tətbiq olunmağa başlanıb.
Bu qətl İranın hərbi və nüvə elitasına qarşı yönəlmiş növbəti silsilə zərbələrdən biri kimi qiymətləndirilir.
Sara












