Dəhşətli torpaq sürüşməsi baş verdi - Qardaş ölkədə + VİDEO

Dəhşətli torpaq sürüşməsi baş verdi - Qardaş ölkədə + VİDEO

Türkiyənin paytaxtı Ankara şəhərinin Altındağ rayonu, Ulduztəpə (Yıldıztepe) məhəlləsi, Səmərqənd küçəsində aparılan tikinti işləri səbəbindən ərazidə qəfildən torpaq sürüşməsi başlayıb. Hadisə yerli sakinlər arasında böyük təşviş və həyəcana səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, məhəllə sakinləri ərazidə fəaliyyət göstərən tikinti şirkətinin rəhbərliyini və məsul şəxslərini baş verə biləcək təhlükə barədə dəfələrlə xəbərdar etdiklərini bildiriblər. Lakin sakinlərin iddiasına görə, rəsmi xəbərdarlıqlara baxmayaraq, şirkət tərəfindən heç bir ciddi təhlükəsizlik tədbiri görülməyib və preventiv addımlar atılmayıb.

Buna baxmayaraq, hadisə şahidləri və vətəndaşlar aidiyyəti bələdiyyə rəsmilərinin hələ də bölgəyə gəlmədiyini və operativ qiymətləndirmə aparmadığını bildirirlər. Bölgədə gərgin və təşvişli vəziyyət davam edir.

Sakinlər mümkün bir faciənin qarşısının vaxtında alınması üçün aidiyyəti dövlət qurumlarından daha effektiv və təxirəsalınmaz müdaxilə gözləyirlər.

Sara