Dünyanın ən qəddar adamı ÖLDÜ - Görün nələr edibmiş...

Dünyanın ən qəddar adamı ÖLDÜ - Görün nələr edibmiş...

1994-cü ildə Ruandada baş vermiş dəhşətli soyuqqanlı qətliamın əsas maliyyələşdiricisi və təşkilatçısı sayılan Felisyen Kabuqa (Félicien Kabuga) Haaqa həbsxanasında 90 yaşında vəfat edib. O, bəşəriyyət tarixinə yüz minlərlə insanın qətlinə rəvac verən simalardan biri kimi düşüb.

NOCOMMENT.az xəbər verir ki, Kabuqa tutsi xalqının kütləvi şəkildə məhv edilməsi üçün milyonlarla pala (maçete) və kənd təsərrüfatı alətlərinin ölkəyə gətirilməsini şəxsən maliyyələşdirib. O, həmçinin xalqı qırğına səsləyən məşhur "Min Təpənin Azad Radio və Televiziyası"nın (RTLM) sahibi olub. Bu radio vasitəsilə tutsilərin insan olmadığı, onların "tarakan" kimi məhv edilməli olduğu təbliğatı aparılıb. Nəticədə, cəmi dörd ay ərzində Ruandada 500 mindən 1,1 milyona qədər insan amansızlıqla qətlə yetirilib.

Soyqırımdan sonra təxminən 20 il ədalətdən qaçmağı bacaran Kabuqa, 2020-ci ildə Fransada saxta kimliklə yaxalanaraq Haaqa məhkəməsinə təhvil verilmişdi. Lakin onun irəliləyən yaşı və kəmağıllıq (demensiya) problemi səbəbindən beynəlxalq tribunal tərəfindən barəsində son hökm çıxarmaq mümkün olmamışdı. O, cəzasını tam almadan həbsxanada dünyasını dəyişib.