Zəka Qəhrəmanlıya vəzifə verildi

Zəka Qəhrəmanlıya vəzifə verildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərin Audit komitələrinə yeni üzv təyin edilib.

NOCOMMENT.az-ın məlumatına görə, Zəka Qəhrəmanlı AZCON şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Azərbaycan Dəmir Yolları” QSC (ADY), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), “Bakı Metropoliteni” QSC və “Azərpoçt” MMC-də Audit komitəsinin üzvü təyin olunub.

Qeyd edək ki, Z.Qəhrəmanlı eyni zamanda AZCON-da nəqliyyat bölməsi üzrə daxili audit şöbəsinin rəhbəridir. O, sözügedən vəzifəyə ötən ilin mart ayında təyin edilib. Z.Qəhrəmanlı bundan öncə Azərbaycan İnvestisiya Holdinqində daxili audit şöbəsinə rəhbərlik edib. (Plat.az)