Bakıda "Changan" AŞDI: Xəsarət alanlar var

Bakıda "Changan" AŞDI: Xəsarət alanlar var

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə 4-cü mikrorayon dairəsi adlanan ərazinin yaxınlığında qeydə alınıb.

Belə ki, "Changan" markalı minik avtomobili aşıb. Onun taksi xidməti göstərdiyi məlum olub. Nəticədə avtomobildə olan iki sərnişinin xəsarət aldığı bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil./oxu.az/