Ankarada keçirilən 36-cı NATO Zirvəsin çərçivəsində Fransa Prezidenti Emmanuel Makron ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan arasında diqqətçəkən anlar yaşanıb.
NOCOMMENT.az xəbər verir ki, dövlət başçıları və həyat yoldaşlarının şərəfinə təşkil edilən rəsmi ziyafətdən əvvəl baş tutan qarşılanma mərasimi maraqlı görüntülərə səhnə olub. Liderlərin salamlaşmasından sonra Emmanuel Makron protokola uyğun olaraq Əminə Ərdoğanla da əl sıxışıb.
Həmin vaxt Fransanın dövlət başçısının Əminə Ərdoğanın əlini öpməyə çalışması kameraların obyektivindən qaçmayıb. Türkiyənin birinci xanımı isə dərhal əlini geri çəkib.
Protokol görüşündə qeydə alınan və sosial şəbəkələrdə sürətlə yayılan bu hadisə qısa müddətdə istifadəçilər arasında böyük gündəm yaradıb.











