İran Xarici İşlər Nazirliyi ABŞ Maliyyə Nazirliyinin İran neftinin ixracına tətbiq olunan sanksiyaların müvəqqəti yumşaldılmasını ləğv etmək qərarını kəskin şəkildə pisləyib.
NOCOMMENT.az xəbər verir ki, nazirlik bu addımın "Müharibənin dayandırılması haqqında" İslamabad Memorandumunun 10-cu bəndinin kobud şəkildə pozulması olduğunu bəyan edib.
İran tərəfi memorandum üzrə öhdəliklərini vicdanla yerinə yetirdiyini iddia edərək, ABŞ-ın bu addımının beynəlxalq razılaşmalara zidd olduğunu vurğulayıb.
Əli Səfərli,
NOCOMMENT.az











