Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
NOCOMMENT.az xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində “Mitsubishi Majero İO” markalı avtomobil “156 Evakuasiya Xidməti”nin avtomobilinə çırpılıb.
Nəticədə, minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./Qafqazinfo/











