İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıyaraq parlamentin təsdiqinə göndərməsi Ermənistanda da birmənalı qarşılanmayıb.
NOCOMMENT.az xəbər verir ki, tanınmış erməni siyasi şərhçi Hakob Badalyan Netanyahu hökumətinin ermənilərdən öz məqsədi üçün istifadə etməyə çalışdığını bildirib. O, İsrail hökumətinin“erməni soyqırımı”nı niyə indi tanımasının sual doğurduğunu vurğulayıb.
“Benyamin Netanyahu administrasiyası mahiyyət etibarilə hər hansı humanitar addım ata bilməz. Buna görə də narahatlıq doğuran məsələ odur ki, Qəzzada on minlərlə günahsız insanın qanına bulaşmış əllərlə birdən-birə “erməni soyqırımı”na toxunmağa niyə qərar verilib?”, - Hakob Badalyan bildirib.
Sosial şəbəkələrdə tanınmış erməni jurnalist və bloger Natali Aleksanyan da öz hesablarında Türkiyə Xarici İşlər Nazirliyinin İsrail hökumətini ittiham edən bəyanatını yayıb.\\modern.az












