ABŞ-nin Oreqon ştatının sahillərində iyunun 29-u səhər saatlarında 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, təkanlar Bandon şəhərindən təxminən 218 kilometr qərbdə, 10 kilometr dərinlikdə baş verib.
Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb. Milli Sunami Xəbərdarlıq Mərkəzi bölgə üçün sunami təhlükəsinin olmadığını təsdiqləyib.
Sara,
NOCOMMENT.az











