Putin Ermənistanla bağlı ŞOK QƏRAR verdi

Putin Ermənistanla bağlı ŞOK QƏRAR verdi

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünün mümkün dayandırılması ilə bağlı ciddi xəbərdarlıq edib. O, rəsmi İrəvanın bir tərəfdən Avropa İttifaqına inteqrasiya kursunu qanunvericilik səviyyəsində rəsmiləşdirməsi, digər tərəfdən isə AİB-in imtiyazlarından yararlanmağa davam etməsini qurumun digər üzvləri üçün qəbuledilməz adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, Qaluzin Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin birgə bəyanatına istinad edərək, Ermənistanın Aİ-yə qoşulmaq planlarının AİB ölkələrinin iqtisadi təhlükəsizliyinə ciddi risklər yaratdığını vurğulayıb.

Rusiya rəsmisi bildirib ki, dövlət başçılarının tapşırığı ilə ekspertlər Ermənistanın AİB-də iştirakının dayandırılmasının iqtisadi və hüquqi nəticələrinə dair xüsusi hesabat hazırlayırlar: "Əminəm ki, mütəxəssislər bütün aspektləri dərindən araşdıracaqlar. AİB müqaviləsində bu prosedurun hüquqi mexanizmləri ilə bağlı suallar olsa da, hesabatda məhz bu məqamlara aydınlıq gətiriləcək. Ona görə də yekun nəticəni gözləmək lazımdır".

Qaluzin xatırladıb ki, Ermənistanda Aİ-yə üzvlük prosesinin başladılması ilə bağlı xüsusi qanun qəbul edilib və bu addım siyasi-iqtisadi baxımdan AİB üzvlüyü ilə bir araya sığmır. Xatırladaq ki, mayın 29-da Astanda keçirilən AİB iclasında Qazaxıstan, Qırğızıstan, Rusiya və Belarus liderləri Ermənistanın gələcək inteqrasiya kursu, o cümlədən referendum məsələsi ilə bağlı xüsusi qətnamə imzalayıblar.

Sara,
NOCOMMENT.az