Ermənistan Prezidenti səs verdi

Ermənistan Prezidenti səs verdi

Ermənistanda keçirilən parlament seçkiləri çərçivəsində ölkənin ali rəhbərliyinin səsvermə prosesində iştirakı davam edir. Ölkənin dövlət başçısı da məntəqəyə gələrək öz siyasi seçimini edib.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

Məlumata görə, dövlət başçısı paytaxt İrəvanda yerləşən 7/46 saylı seçki məntəqəsinə gələrək bülleteni qutuya atıb. Səsvermə prosesi başa çatdıqdan sonra media mənsubları üçün Vaaqn Xaçaturyanın brifinqi təşkil olunub.

KİV nümayəndələrinə açıqlama verən prezident öz seçimi və ölkənin gələcək perspektivləri barədə danışıb: "Mən dinc, inkişaf edən, güclü və sabit gələcəyi olan bir Ermənistan Respublikası naminə səs vermişəm".

Əli Səfərli
NOCOMMENT.az