Ermənistan QARIŞDI - Hücum əmrini Sərkisyan verib - ŞOK VİDEO

Ermənistan QARIŞDI - Hücum əmrini Sərkisyan verib - ŞOK VİDEO

Ermənistan Baş naziri Aparatının rəhbəri Araik Arutyunyan ölkədəki müxalif qüvvələri və keçmiş rəhbərliyi kəskin ittiham edən bəyanatla çıxış edib. O, çıxışında 2016-cı ildə İrəvanda Post-Patrul Xidməti (PPX) alayının silahlı zəbt edilməsi hadisəsinin pərdəarxası ilə bağlı şok iddia irəli sürüb.

NOCOMMENT.az xəbər verir ki, Arutyunyan terror qruplaşmasının son hədə-qorxu bəyanatlarının hakimiyyət tərəfindən təşkil olunduğunu iddia edən müxalifəti pisləyib: "Mafiyanın çömçəquyruqları – Kaluqa oliqarxının, Köçəryanın, Serjin, Çarukyanın, Tatoyanın və digər 'pulsuz əlavələrin' nümayəndələri iddia edirlər ki, terror qruplaşmasının təhdid dolu bəyanatını guya hakimiyyət təşkil edib, çünki bu, bizə sərfəlidir".

Aparat rəhbəri müxalifətin və bəzi hüquq müdafiəçilərinin hər dəfə uğursuzluğa düçar olmasının səbəbini 2018-ci ildən əvvəlki cinayətkar sistemin düşüncə tərzi ilə hərəkət etmələrində görüb. O, Ermənistanda uzun illərdir gizli qalan bir "sirri" də faş edib:

"Onlar elə bilirlər ki, biz də onların siyasi tərəfdaşı və 'atası' olan, məsələn, vaxtilə PPX alayının zəbt edilməsinə şəxsən sanksiya (icazə) verə bilən Serj Sarksyan kimiyik. Bu minvalla davam edin, bizim etirazımız yoxdur".

Bununla da Ermənistan hakimiyyəti, ölkə tarixində dərin iz buraxmış və qanlı qarşıdurma ilə nəticələnmiş PPX alayının zəbti hadisəsinin əslində sabiq prezident Serj Sarksyan tərəfindən idarə olunduğunu "Polşinel sirri" (hamıya məlum olan gizli sirr) kimi rəsmən ortaya atmış olub.

Sara,

NOCOMMENT.az