Göyərtəsində 116 sərnişin olan gəmi qəzaya uğradı

Göyərtəsində 116 sərnişin olan gəmi qəzaya uğradı

Qayana sahillərində Şimal-Qərb rayonuna (Barima-Vaini bölgəsi) hərəkət edən MV BARIMA bərəsi aşıb.

NOCOMMENT.ax xəbər verir ki, bu barədə "Demerara Waves" nəşrinə açıqlamasında ölkənin ictimai məsələlər naziri Xuan Edqxill məlumat verib.

Nazirin sözlərinə görə, bərədə təxminən 116 nəfər olub. Onlardan səkkiz nəfər xilas edilib, digər şəxslərin tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

"Hazırda genişmiqyaslı axtarış-xilasetmə işləri aparılır və onların sağ-salamat tapılması üçün dua edirik", – deyə Xuan Edqxill bildirib.

İlkin məlumata əsasən, bərə paytaxt Corctaundan Port-Kaytumaya doğru hərəkət edirmiş. Xilasedicilər sərnişinlərin siqnal raketlər