Britaniyada məşhur "Maşa və Ayı" cizgi filminin yayımlanmasının dayandırılması ilə bağlı təklif gündəmə gəlib.
NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi britaniyalı millət vəkilləri ekran işinin rus təbliğatının yumşaq vasitələrindən biri ola biləcəyini iddia edərək onun ölkədə nümayişinə qarşı çıxıblar.
Deputatlar xüsusilə baş qəhrəman Maşanın bəzi epizodlarda sovet dövrünə aid forma geyinməsini və NKVD ilə əlaqələndirilən Sovet sərhəd keşikçilərinin papağına bənzər baş geyimindən istifadə etməsini tənqid ediblər.
Onların fikrincə, bu cür məzmunun müxtəlif striminq platformaları vasitəsilə uşaqlara təqdim olunması məqsədəuyğun deyil və bununla bağlı müvafiq addımların atılması zəruridir.
Məsələ ilə bağlı aparılan müzakirələr Britaniya ictimaiyyətində də müxtəlif reaksiyalara səbəb olub.\\milli.az











