Bahar Muradova güllər üçün 6.2 min manat xərcləyib

Bahar Muradova güllər üçün 6.2 min manat xərcləyib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi il ərzində ehtiyac duyulacaq güllərin satın alınması məqsədilə keçirdiyi tender müsabiqəsinə yekun vurub.

NOCOMMENT.az-ın məlumatına görə, satınalma komissiyası müsabiqənin qalibi olaraq "Flora Holland" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) elan edib. Dövlət Komitəsi ilə qalib şirkət arasında bağlanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri rəsmi olaraq 6 254 AZN təşkil edir.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovadır.\\32gun.az