Gürcüstan Prezidenti Beka Dvalini İsraildə fövqəladə və səlahiyyətli səfir təyin edib.
NOCOMMENT.az xəbər verir ki, Dvalinin həm Xarici İşlər Nazirliyinin mərkəzi aparatında, həm də Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərində geniş təcrübəsi var.
2022-ci ildən bəri o, Gürcüstanın Avstraliyadakı fövqəladə və səlahiyyətli səfiri olub, 2012-ci ildən 2022-ci ilə qədər isə ölkənin Cənubi Afrikadakı diplomatik nümayəndəliyinə rəhbərlik edib.
Əvvəllər o, həmçinin Birləşmiş Krallıqda fövqəladə və səlahiyyətli səfir, ABŞ-dəki Gürcüstan səfirliyində baş məsləhətçi, Xarici İşlər Nazirliyinin Avropa İnteqrasiyası Departamentinin direktor müavini və Nazirliyin Beynəlxalq Təşkilatlar Departamentində BMT Ofisinin rəhbəri vəzifələrində çalışıb.
Beka Dvali fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.(unikal)











