Hindistanda Putin və Modi görüşü başladı

Hindistanda Putin və Modi görüşü başladı

Hindistanın paytaxtı Nyu-Dehlidə Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modi arasında danışıqlar başlayıb.

NOCOMMENT.az xəbər verir ki, görüşün əvvəlində Vladimir Putin Moskva ilə Nyu-Dehli arasında münasibətlərin qarşılıqlı etimada əsaslandığını vurğulayıb, xüsusilə hərbi-texniki sahədə əməkdaşlığı qeyd edib.

O, hindistanlı həmkarına dəvətə və əvvəlki gün baş tutmuş “çox səmimi axşam” və “məzmunlu, faydalı söhbət” üçün təşəkkür edib.

Narendra Modi isə cavab olaraq bildirib: “Bu görüş mənim üçün də xüsusi əhəmiyyət daşıyır, çünki biz sizinlə artıq 25 ildir tanışıq”.