Bu gün general adı alan Rzayevin ləqəbi…

Bu gün general adı alan Rzayevin ləqəbi…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, "general" adı alanlar arasında Gülməmməd Tofiq oğlu Rzayevin də adı var.

Politoloq Asif Nərimanlı Gülməmməd Rzayevlə bağlı maraqlı məlumat yayıb.

"Prezidentin "general-mayor" rütbəsi verdiyi Quru Qoşunlarının Artilleriya İdarəsinin rəisi Gülməmməd Rzayev bizim divizon komandiri idi. Ləqəbi “Div” idi, həqiqətən div zəhmi vardı: bütün zabitlər və əsgərlər ondan çəkinirdi. Vətən müharibəsində artilleriyanı indiki Zəfər yolundan (həmin vaxt oradan yox keçmirdi) keçirərək, Daşaltıya aparan adamdır. Müharibə vaxtı da yazmışdım: əgər ona "Artilleriyanı Murov dağına qaldır" əmri verilsəydi, bunu da edərdi.

Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir", - o qeyd edib.