“İnter”in sabiq futbolçusu 39 yaşında vəfat etdi

“İnter”in sabiq futbolçusu 39 yaşında vəfat etdi

“İnter”in 39 yaşlı keçmiş müdafiəçisi Nikolas Ciani uzunsürən xəstəlikdən sonra vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, Ciani 2022-ci ildə məhz xəstəliyinə görə futbolçu karyerasını başa vurmuşdu.

Qeyd edək ki, Nikolas Ciani “İnter”lə yanaşı, “Kremoneze”, “Pro Patria”, “Viçentsa”, “Peruca”, “Spetsiya”, “Feralpisalo” və “Dezentsano” klublarında forma geyinib. /qafqazinfo/