İran ABŞ hərbi bazalarını bombalayır - VİDEO

İran ABŞ hərbi bazalarını bombalayır - VİDEO

İslam Respublikası Silahlı Qüvvələri ABŞ-ın regiondakı strateji hərbi infrastrukturlarına qarşı genişmiqyaslı cavab zərbələri endirib.

NOCOMMENT.az xəbər verir ki, İranın rəsmi dövlət televiziyasının yaydığı son məlumata görə, Tehranın açıqlamasına əsasən, hücumlar nəticəsində Küveytdəki ABŞ-a məxsus "Patriot" hava hücumundan müdafiə sistemləri, Qətərdəki kritik radiolokasiya kompleksi və Bəhreyndəki ABŞ hərbi bazasında yerləşən yanacaq anbarları hədəf alınaraq məhv edilib.

Bu əməliyyatların ABŞ-ın İranın cənub bölgələrindəki hərbi obyektlərə qarşı həyata keçirdiyi son hava zərbələrinə birbaşa cavab olduğu vurğulanır. İran rəsmiləri bildirirlər ki, bu addım ölkənin milli təhlükəsizliyini qorumaq üçün atılmış qətiyyətli bir tədbirdir və regiondakı hər hansı ABŞ hərbi fəaliyyəti gələcəkdə də sərt reaksiya ilə qarşılanacaq.

Rəsmi Vaşinqton və CENTCOM hələlik bu iddialarla bağlı rəsmi bəyanat yaymayıb, lakin regionda vəziyyət ifrat gərgin olaraq qalır.


Əli Səfərli,
NOCOMMENT.az