Cəlilabadda fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı - VİDEO

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı - VİDEO

Cəlilabad rayonunda sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhər ərazisində - Heydər Əliyev prospektində qeydə alınıb.

Sürücünün idarəetməsi səbəbindən hərəkətdə olan mikroavtobus yolun kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.

İlkin informasiyaya görə, mikroavtobus fəhlələri daşıyırmış. Qəza axşam saatlarında işçilər sahədən evə aparılarkən baş verib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)