Faciəvi şəkildə ölən Şadman mühafizəçi imiş - Detallar

Faciəvi şəkildə ölən Şadman mühafizəçi imiş - Detallar

Xəbər verdiyimiz kimi, iyulun 8-də paytaxtın Ziya Bünyadov prospektində "Mitsubishi Pajero" markalı avtomobil evakuatora çırpılıb.

NOCOMMENT.az xəbər verir ki, zəncirvari qəzada Şadman Faiq oğu Əsgərzadə həyatını itirib.

Belə ki, Ceyhun Rasim oğlu Məmmədlinin idarə etdiyi "Mercedes" markalı 99-VB-494 dövlət nömrə nişanlı avtomobil (evakuator) hərəkətdə olarkən Anar Nurəddin oğlu Qəribovun idarə etdiyi 10-XP-729 dövlət nömrə nişanlı "Tofaş" və Şadman Faiq oğu Əsgərzadənin idarə etdiyi 90-XV-763 nömrəli "Mitsubishi" markalı maşınlarla toqquşub.

Nəticədə ağır yaralanan Ş.Əsgərzadə dünyasını dəyişib.

Məlumata görə, Ş.Əsgərzadə mühafizəçi olub. O, yeni işə girdiyi gün köhnə iş yeri ilə sağollaşıb qayıdarkən yol qəzasında ölüb.

Mühafizəçinin nişanlı olduğu deyilir.